• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində işlənmiş batareyalar təhvil götürülüb

    19

    noy

    ”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində işlənmiş batareyalar təhvil götürülüb

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində istifadəyə yararsız batareyaların toplanması və təhvil verilməsi prosesi davam edir.

    Bu mərhələ çərçivəsində ekokönüllülər “Mərkəzi Bank”ın inzibati binasında, “Araz” supermarketin 8-ci mikrorayon filialında və “Bravo” supermarketin Gənclik Mall və 20 Yanvar filiallarında yerləşdirilmiş toplama qutularından ümumilikdə 54 kq işlənmiş batareya toplayaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil veriblər.

    Layihənin əsas məqsədi istifadəyə yararsız elektrik batareyalarının təhlükəsiz şəkildə toplanması, onların xüsusi şəraitdə utilizasiya olunması, həmçinin ictimaiyyət arasında ekoloji məsuliyyətin artırılması və tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirmənin gücləndirilməsidir.



    Tarix : 19-11-2025, 16:20 | Oxunub: 1 080