• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ETSN və Baş prokurorluq Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirib

    10

    may

    ETSN və Baş prokurorluq Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirib

    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar paytaxtın Suraxanı rayonunda “ECOLEAD” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.


    Bu barədə Ekologiya.az-a Baş Prokurorluqdan məlumat verilib.


    Bildirilib ki, aksiya zamanı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə 2 hektar ərazidə 500 ədəd ağac əkilib.

    Məlumat üçün qeyd edək ki, 2024-cü ildə Baş Prokurorluğun təşəbbüsü əsasında icrasına başlanılan “ECOLEAD” layihəsi çərçivəsində hazırkı vaxtadək Bakı şəhərinin Suraxanı, Nəsimi, Binəqədi, Yasamal və Xətai rayonları ərazisində ümumilikdə 10 hektar ərazidə 2200-dən çox ağac əkilib.

    Hazırda Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Qarabağ Universiteti tərəfindən birgə həyata keçirilən ECOLEAD layihəsindən irəli gələn məqsədlərin gələcəkdə də icrası nəzərdə tutulur.

    Tarix : 10-05-2025, 22:50 | Oxunub: 480