• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • MKTİB tərəfindən ağacların qurumuş budaqları budanıb, mövcud yaşıllığa aqrotexniki qulluq göstərilib - FOTO

    16

    may

    MKTİB tərəfindən ağacların qurumuş budaqları budanıb, mövcud yaşıllığa aqrotexniki qulluq göstərilib - FOTO

    Gəncə şəhəri MKTİB-nin Yaşıllaşdırma şöbəsi tərəfindən şəhər ərazisində infrastruktur hava xəttlərinə maneəçilik törədən, həmçninin sakinlər üçün təhlükə yarada bilən iri gövdəli ağacların qurumuş budaqlarının budanması işləri görülüb. 

    Təhlükə və maneə yaradan qurumuş budaqlar qurumun əməkdaşları və texnikası vasitəsilə kəsilib, doğranaraq ərazidən daşınması təmin edilib. Bununla yanaşı mövcud yaşıllıqlara aqrotexniki qulluq işləri də görülüb. İşlər əsasən şəhərin mərkəzi hissəsində həyata keçirilib.  

    Qeyd edək ki, Gəncə şəhər ərazisində iri gövdəli ağacların evlərə, işıqforlara, yol hərəkəti nişanlarına, işıq dayaqlarına maneəçilik törədən, həmçinin, təhlükə yarada bilən hissələri MKTİB-nin Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən vaxtında kəsilir və yaranan təhlükənin qarşısı alınır. Ekologiya.az

    Tarix : 16-05-2025, 13:35 | Oxunub: 1 008