Tütün sənayesi insan sağlamlığını təhlükəyə atmaqla kifayətlənmir – ətraf mühitə və iqlimə də ciddi ziyan vurur!
Tütün sənayesi insan sağlamlığını təhlükəyə atmaqla kifayətlənmir – ətraf mühitə və iqlimə də ciddi ziyan vurur.
Tütün becərilməsi üçün hər il minlərlə hektar meşə sahəsi məhv edilir. Bu, karbonun tutulma qabiliyyətini azaldır və iqlim dəyişikliyini sürətləndirir.
Tütün tarlalarında istifadə olunan kimyəvi maddələr (pestisidlər, gübrələr) torpağı və suyu zəhərləyir. Bu, təkcə ekosistemə deyil, karbon və azot dövranına da mənfi təsir göstərir.
Tütün məhsullarının istehsalı və daşınması böyük enerji sərfiyyatı və karbon emissiyası ilə müşayiət olunur. Bu da iqlim dəyişikliyinə təsir edən əsas səbəblərdəndir.
İstifadə olunmuş siqaret filtriləri dünyanın ən çox yayılan plastik tullantıları sırasındadır. Dənizlərdə, çaylarda, torpaqda – hər yerdə çirklənmə yaradır.
Tütünə YOX demək — təbiəti qorumaq deməkdir! Tütünə qarşı mübarizə yalnız şəxsi sağlamlıq deyil, həm də planetimizin gələcəyi üçün vacibdir. Sağlamlığını qoru, təbiəti qoru!Ekologiya.az