• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Azərtütün” ASC bu il şimal-qərb rayonlarında 740 hektaradək sahədə tütün əkməyi planlaşdırı

    01

    apr

    “Azərtütün” ASC bu il şimal-qərb rayonlarında 740 hektaradək sahədə tütün əkməyi planlaşdırı

    Azərtütün” ASC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işləri davam etdirilir. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən bu rayonlarda 57 fermerlə müqavilə bağlanılıb.


    Səhmdar Cəmiyyətdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahə 483,5 hektar təşkil edir. Bundan əlavə, şirkətin özü tərəfindən də bu il 256,5 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.

    Hazırda təsərrüfatlarda tütün əkininə hazırlıq işləri başa çatmaq üzrədir. Tütün əkiləcək sahələrdə yaz şumu aparılır, sahələrə mala çəkilir.

    Səhmdar Cəmiyyətin Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən tütün istehsalı və emalı məntəqəsinin istixana təsərrüfatında da fevralın ikinci yarısından etibarən tütün şitillləri yetişdirilir. Emal məntəqəsinin müdiri Qabil Hacıyevin verdiyi məlumata görə, builki mövsümdə şitil yetişdirilərkən ABŞ-dan gətirilmiş NC-291 və Fransadan gətirilmiş ITB-6184 növlü toxumlardan istifadə edilib. Şitillər hidroponik üsulla yetişdirilir. Məntəqənin ərazisində quraşdırılmış 4 ədəd ABŞ və 3 ədəd Azərbaycan istehsalı olan istixanalarda yetişdirilən tütün şitilləri ilə 230 hektaradək sahəyə şitil köçürmək mümkün olacaq. Qalan sahələrə isə fermerlərin öz təsərrüfatlarındakı sadə istixanalarda yetişdirdikləri şitillər köçürüləcək. Havalar əlverişli keçərsə, tütün şitillərinin yaxın günlərdə sahələrə köçürülməsinə başlanılacaq.

    Tarix : 1-04-2024, 16:24 | Oxunub: 132