• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ETSN-də Asiya İnkişaf Bankı ilə ətraf mühitin mühafizəsi müzakirə edilib

    03

    iyn

    ETSN-də Asiya İnkişaf Bankı ilə ətraf mühitin mühafizəsi müzakirə edilib

    Asiya İnkişaf Bankı ilə ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

    Ekologiya.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Asiya İnkişaf Bankının Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yinqminq Yanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov arasında görüş keçirilib.

    Görüş zamanı ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və dəyişən iqlimə uyğunlaşma istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb. Gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

    Tarix : 3-06-2025, 16:47 | Oxunub: 2 456