Təbiətin gizli gücü: Tozlandırıcılar
Tozlandırıcılar həm ekosistemlərin davamlılığında, həm də insan həyatının təminatında mühüm rol oynayır. Adətən tozlanma dedikdə yalnız bal arıları ağla gəlir. Halbuki, bu vacib prosesi həyata keçirən canlıların sayı 200.000-dən çoxdur: kəpənəklər, güvələr, müxtəlif həşəratlar, quşlar, yarasalar, bəzi gəmiricilər, o cümlədən sayı 20.000-i keçən vəhşi arı növləri.
Tozlandırıcılar sayəsində yabanı çiçəkli bitkilərin təxminən 90%-i m
övcuddur. Onlar qida təhlükəsizliyimizi təmin edir. Dünyada istehlak edilən ərzaq bitkilərinin təxminən 75%-i heyvanlar vasitəsilə tozlandırılır – bu isə onların bəşəriyyət üçün əvəzsiz olduğunu göstərir.
Lakin bu təbii balans təhlükə altındadır. İqlim dəyişikliyi, pestisidlər, xəstəliklər, invaziv növlər, genetik modifikasiya olunmuş kənd təsərrüfatı və intensiv monokultura əkinçiliyi tozlandırıcıların həm qida, həm də yuva yerlərini məhdudlaşdırır. Nəticədə, onların sağlamlığı zəifləyir və populyasiyaları azalmağa başlayır.
Bu azalma – sadəcə bir növün yoxluğu deyil. Bu, eyni zamanda biomüxtəlifliyin, kənd təsərrüfatı məhsullarının və dolayısıyla insan həyatının təhlükəyə düşməsi deməkdir. Ekologiya.az