• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • "COP29 Azerbaijan" komandası COP30-a hazırlıqların müzakirə olunması üçün Bonn şəhərində braziliyalı həmkarları ilə görüşüb

    20

    iyn

    "COP29 Azerbaijan" komandası COP30-a hazırlıqların müzakirə olunması üçün Bonn şəhərində braziliyalı həmkarları ilə görüşüb

    "COP29 Azerbaijan" əməliyyat şirkətinin komandası COP29 əməliyyatları üzrə şirkətin baş icra direktoru Nərmin Carçalovanın rəhbərliyi ilə Almaniyanın Bonn şəhərində braziliyalı həmkarları ilə görüş keçirib.

    Bu barədə Trend “COP29 Azerbaijan”ın rəsmi sosial şəbəkə hesabına istinadən xəbər verir.


    Görüşdə əsas məqsəd Belem şəhərində keçiriləcək COP30-a hazırlıqların müzakirəsi olub.

    “COP29 komandası, COP30 konfransının uğurla keçirilməsində Braziliyanın sədrliyinə Azərbaycanın tam dəstəyini bir daha təsdiqləyib”, – məlumatda deyilir.

    Tarix : 20-06-2025, 15:55 | Oxunub: 896