• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hövsan sahili tullantılardan təmizlənib - FOTO

    02

    avq

    Hövsan sahili tullantılardan təmizlənib - FOTO

    “Təmiz ölkəm” devizi altında keçirilən Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Suraxanı rayonu Hövsan sahili tullantılardan təmizlənib

    1 avqust tarixində Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xəzər dənizinin Suraxanı rayonu Hövsan sahilində təmizlik aksiyası keçirilib. 

    Tədbirin keçirilməsində məqsəd – ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.


    Tarix : 2-08-2025, 14:13 | Oxunub: 2 184