• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti dəfə ərazilər tullantılardan təmizlənib/FOTO

    09

    avq

    Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti dəfə ərazilər tullantılardan təmizlənib/FOTO

    “Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları çərçivəsində 8 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin və sakinlərin iştirakı ilə Xəzər dənizinin Lənkaran sahilində, Həkəri çayın Laçın şəhərindən keçən hissəsində, Göyçay şəhəri Şəhriyar küçəsində, Ağcabədi rayonu Aşağı Avşar, Zaqatala rayonu Yuxarı Tala kəndlərində, Samux rayonu Qarayeri qəsəbəsində təmizlik aksiyaları keçirilib, ərazilər ümumilikdə 3.5 tondan artıq tullantıdan təmizlənib.

    Təmizlik aksiyalarının keçirilməsində məqsəd tullantıların düzgün şəkildə idarə olunmasını təşviq etmək, vətəndaşları təmizliyə və ətraf mühitə qarşı məsuliyyətli yanaşmağa yönəltməkdir.



    Tarix : 9-08-2025, 21:48 | Oxunub: 3 632