• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Təmiz ölkəm” devizi altında təmizlik aksiyaları davam edir - FOTO

    22

    sen

    “Təmiz ölkəm” devizi altında təmizlik aksiyaları davam edir - FOTO

    Ümumrespublika Təmizlik Marafon çərçivəsində 19 sentyabr tarixində Ağdaş rayonu Qaradağlı, Astara rayonu Qamışoba, Zaqatala rayonu Makov kəndləri ərazisində, Ağcabədi şəhəri Zəfər prospektində, Ağçay çayının Quba rayonu ərazisindən keçən hissəsində, Zəngilan rayonu Qotur bulaq ərazisində təmizlik aksiyaları keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin iştirakı ilə keçirilən aksiyalar çərçivəsində ərazilər ümumilikdə 2.1 tondan artıq tullantıdan təmizlənib.

    Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyət arasında ekoloji şüurun artırılması, tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.


    Tarix : 22-09-2025, 16:52 | Oxunub: 1 768