Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması, gənclərin ekoloji fəaliyyətlərdə fəal iştirakını təşviq etmək məqsədilə 18 oktyabr tarixində növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı Dövlət Universitetində keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Bakı Dövlət Universitetinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum
Festival çərçivəsində iştirakçılar tullantılarını təhvil verərək həm ekoloji mədəniyyətin təşviqinə töhfə verəcək, həm də interaktiv fəaliyyətlərdə iştirak edə biləcəklər.
Təbiəti qoru, tullantını dəyərə çevir!
Bakı Dövlət Universiteti - Akademik Zahid Xəlilov küçəsi-33 (Universitetin əsas girişi, “Rebus” mağazası ilə üzbəüz)
18 oktyabr 2025-ci il
12:00-14:00