Şəmkir rayonunun ərazisi yeni ağaclarla yaşıllaşdırılır.
Rayon icra hakimiyyətindən Ekologiya.az-a verilən məlumata, bu ilin ötən dövründə rayonda yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi və karbon emissiyalarının azaldılması yolu ilə iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə vermək üçün 3000-ə yaxın yeni ağac tingi əkilib. Rayondakı küçələrin, magistral yolların kənarları, parklar və digər ərazilər əsasən çinar, şam, palıd və digər növdə torpaq-iqlim şəraitinə uyğun ağaclarla və dekorativ gül kolları ilə yaşıllaşdırılıb. Əkilən ağaclara aqrotexniki qulluq göstərilir, suvarılması təmin edilir.
İlin sonunadək yeni ağac tinglərinin və dekorativ gül kollarının əkilməsi davam etdiriləcək.