• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qeyri-sabit hava şəraiti dekabrın 7-si axşamadək davam edəcək

    07

    dek

    Qeyri-sabit hava şəraiti dekabrın 7-si axşamadək davam edəcək

    Dekabrın 7-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.

    Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Məlumata görə, dekabrın 7-si axşamadək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək.

    Tarix : 7-12-2023, 08:29 | Oxunub: 1 785