• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Paytaxtda cənub-qərb küləyinin sürətinin arabir saniyədə 20 metrədək güclənəcəyi gözlənilir

    08

    fev

    Paytaxtda cənub-qərb küləyinin sürətinin arabir saniyədə 20 metrədək güclənəcəyi gözlənilir

    Fevralın 8-dən 9-dək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacağı, gecə və axşam arabir 20 metrədək güclənəcəyi gözlənilir.


    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


    Bildirilib ki, fevralın 8-dən 9-u səhərədək Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda sürətinin arabir 18-23 metrədək güclənəcəyi proqnozlaşdırılır.Ekologiya.az

    Tarix : 8-02-2024, 09:32 | Oxunub: 1 584