• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ekologiya naziri ÜST-nin baş direktoru ilə görüşüb

    03

    mar

    Ekologiya naziri ÜST-nin baş direktoru ilə görüşüb

    Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Assambleyasının altıncı sessiyası çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusla görüşüb.

    “Report” xəbər verir ki, bu barədə COP29

    sosial şəbəkədə bildirib.

    “COP29-un prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Assambleyasının altıncı sessiyası çərçivəsində ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesusla görüşərək ictimai səhiyyə və səhiyyə sistemlərini yaxşılaşdırmaq üçün iqlim fəaliyyətinin önəmini müzakirə ediblər”, – paylaşımda qeyd olunub.

    Xatırladaq ki, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək.

    Tarix : 3-03-2024, 19:27 | Oxunub: 225