“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar dövlət və hökümət nümayəndələrinin, özəl təşkilatların əməkdaşlarının və 40-dan çox ekokönüllünün iştirakı ilə ilin ilk ağacəkmə aksiyası keçirilib.
Ekologiya.az bildirir ki, Naxçıvanda Uzunoba su anbarının yuxarı hissəsindəki 4,3 hektar sahədə təşkil olunan ağacəkmə aksiyasında 2100 ədəd müxtəlif növ ağac tingi əkilib.
