• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Əminə Ərdoğan: COP29-un Azərbaycanda keçirilməsi sevindirici haldır

    06

    mar

    Əminə Ərdoğan: COP29-un Azərbaycanda keçirilməsi sevindirici haldır

    Türkiyənin birinci xanımı Əminə Ərdoğan iqlim böhranı ilə bağlı son dərəcə əhəmiyyətli konfrans olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda təşkilini sevindirici hal kimi qiymətləndirib.

    "Report" xəbər verir ki, bu barədə Ə.Ərdoğan "X"də yazıb.

    O qeyd edib ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ilə görüşüb.

    "Bu kontekstdə əməkdaşlıq sahələrimiz haqqında fikir mübadiləsi apardıq. Türkiyə olaraq bir çox sahələrdə olduğu kimi COP29-da da qardaş Azərbaycana bütün imkanlarımız və təcrübəmizlə dəstək olmaqdan məmnun olarıq. Ümid edirəm ki, konfrans Azərbaycana və bütün dünyaya fayda verəcək",- Ə.Ərdoğan qeyd edib.


    Tarix : 6-03-2024, 12:58 | Oxunub: 2 047