• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində regionlarda maarifləndirici görüşlər davam edir - FOTO

    12

    mar

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində regionlarda maarifləndirici görüşlər davam edir - FOTO

    Bölgələrdə yaşayan əhalinin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığını artırmaq, bu sahəyə məsuliyyət hissini aşılamaq məqsədilə regional ekologiya və təbii sərvətlər idarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
    Növbəti görüşlər Şirvan şəhəri 2 saylı, Ağcabədi şəhər 11 nömrəli, Zaqatala şəhəri İsmayıl Səmədov adına 5 nömrəli, Lənkəran şəhər  4 və 8 nömrəli tam orta məktəblərin, Lerik rayon Sivəkəran kənd ümumi orta məktəbin şagirdləri və Masallı Dövlət Regional Kollecinin tələbələri ilə təşkil olunub. 
    Görüşlər zamanı şagird və tələbələrə ətraf mühitin mühafizəsi və ekoloji tarazlıq, narkomaniyaya qarşı mübarizə tədbirləri, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı apardığı mübarizə tədbirləri, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyəti və s. mövzularda məlumatlar verilib, mövzular ətrafında verilən suallar cavablandırılıb.

    Tarix : 12-03-2024, 13:58 | Oxunub: 183