• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ahıllar evinin sakinləri ilə birgə ağac əkilib

    13

    mar

    Ahıllar evinin sakinləri ilə birgə ağac əkilib

    Novruz bayramının daha bir əlamətdar günündə - Yel çərşənbəsində Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri ƏSSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Bilgəh qəsəbəsində yerləşən Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinlərini ziyarət edib.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, nazirlik nümayəndələri Novruzun əziz günündə ahıllarımızı təbrik edib, onlara hüzurlu xoş günlər arzulayıb.


    Daha sonra müəssisənin həyətində nazirliklərin əməkdaşlarının, könüllülərin və ahıl vətəndaşlarımızın iştirakı ilə ağacəkmə tədbiri keçirilib, əraziyə müxtəlif növ ağaclar əkilib.

    Tarix : 13-03-2024, 09:01 | Oxunub: 1 697