• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qanunsuz çıxarılan ağaclar yenidən torpağa basdırıldı

    18

    noy

    Qanunsuz çıxarılan ağaclar yenidən torpağa basdırıldı

    Ekologiya.az xəbər verir ki, Sosial şəbəkələrdə Xətai rayonunda bina tikmək üçün axşamlar ərazidəki ağacların çıxarılması ilə bağlı iddialar yayılıb. İddialarda ağacların çıxarılması ilə bağlı fotolar da öz əksini tapıb. Bildirilib ki, onlar bahalı şam ağaclarıdır.

    İcra Hakimiyyətindən bildirilib ki, sözügedən məsələdən xəbərdardırlar. Qeyd edilib ki, həmin ağaclar naməlum şəxslər tərəfindən yerindən çıxarılıb, bununla bağlı polisə müraciət edilib.

    Hazırda həmin şəxs və ya şəxslərin kimliyi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qurumdan verilən açıqlamada əlavə edilib ki, həmin ağaclar yenidən torpağa basdırılıb

    Tarix : 18-11-2023, 16:31 | Oxunub: 2 042