• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Müasir dövrdə qlobal ekoloji problemlərin aktuallığı daha da artıb - Baş pokuror

    04

    apr

    Müasir dövrdə qlobal ekoloji problemlərin aktuallığı daha da artıb - Baş pokuror

    Müasir dövrdə qlobal ekoloji problemlərin aktuallığı daha da artıb.

    Ekologiya.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşündə çıxışı zamanı deyib.

    K.Əliyev qeyd edib ki, dünya dövlətləri bu istiqamətdə öz səylərini səfərbər edib.


    Xəzər dənizi bizim dövlətlərin ortaq dəyəridir, tarixən bizim xalqlarımızın inkişafında öz rolunu oynayıb. Onun təbiətinin mühafizəsi və biomüxtəlifliyinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi bizim mənəvi borcumuzdur. Əminəm ki, bu gün aparılacaq qarşılıqlı müzakirələr regionumuzda ətraf mühitin mühafizəsi, ələlxüsus da cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi baxımından faydalı olacaq, bu sahədə gələcək əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir", - deyə K.Əliyev bildirib.

    Qeyd edək ki, Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşü keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının yüksək rütbəli şəxsləri və digərləri iştirak edirlər

    Tarix : 4-04-2024, 13:32 | Oxunub: 1 591