• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Climate Action" gündəliyi çərçivəsində Xəzər təşəbbüsü həyata keçiriləcək

    04

    apr

    Climate Action" gündəliyi çərçivəsində Xəzər təşəbbüsü həyata keçiriləcək

    "Climate Action" gündəliyi çərçivəsində Xəzər təşəbbüsü həyata keçiriləcək.

    Trend xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavin Umayra Tağıyeva Bakıda keçirilən Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşündə deyib.

    "Bildiyiniz kimi, bu il Azərbaycanda nüfuzlu COP29 beynəlxalq tədbiri keçiriləcək. Danışıqlar prosesi ilə paralel olaraq, "Climate Action" gündəliyi çərçivəsində Xəzər təşəbbüsü həyata keçiriləcək. Bu isə öz növbəsində Xəzər dənizindəki problemlərin yalnız milli və regional səviyyələrdə deyil, həm də iqlim dəyişikliyinə adaptasiya proqramları çərçivəsində beynəlxalq səviyyədə həlli üçün əsas yarada bilər", - o deyib.

    Qeyd edək ki, bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşü keçirilir.




    Məlumata görə, tədbirdə həmçinin Baş prokuror Kamran Əliyev, Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının yüksək rütbəli şəxsləri və digər rəsmilər iştirak edirlər.

    (Tərcümə: Rəna Əbdürəhmanova

    Tarix : 4-04-2024, 19:35 | Oxunub: 72