• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

    18

    apr

    Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) həm qardaş Azərbaycan və Türkiyə, həm də bütün dünya üçün çox vacib nəticələr verəcəyinə inanıram.


    Bu fikri Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı səsləndirib.


    COP29-a ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edən türkiyəli nazir, bu tədbirə çox ciddi hazırlıq prosesinın şahid olduqlarını diqqətə çatdırıb.

    İqlim dəyişikliyi məsələsinin bütün ölkələr üçün vacibliyini vurğulayan nazir deyib: “Azərbaycanda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir. Ölkəmiz də bu tədbirdə aktiv iştirak edəcək. Türkiyə su ehtiyatlarının artırılması başda olmaqla, biomüxtəlifliklə bağlı bir çox sahəyə töhfə vermək niyyətindədir”.

    Tarix : 18-04-2024, 19:50 | Oxunub: 93