• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Con Kerri Azərbaycanın Vaşinqtondakı səfirliyinə gələrək COP29-u müzakirə edib

    19

    apr

    Con Kerri Azərbaycanın Vaşinqtondakı səfirliyinə gələrək COP29-u müzakirə edib

    Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

    Musavat.com xəbər verir ki, bu barədə COP-29-un "X" səhifəsində paylaşım edilib.

    Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla yanaşı, planetin gələcək nəsillər üçün əlverişli iqlim şəraitinin təmin edilməsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

    Tarix : 19-04-2024, 09:15 | Oxunub: 42