• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev Beynəlxalq Valyuta Fondunun icraçı direktoru ilə COP29-u müzakirə edib

    12

    fev

    Muxtar Babayev Beynəlxalq Valyuta Fondunun icraçı direktoru ilə COP29-u müzakirə edib

    Azərbaycan ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgieva ilə COP29-la bağlı müzakirələr aparıb.

    Ekologiya.az xəbər verir ki, bu barədə K.Georgieva M.Babayevlə görüşünə dair "X" hesabında paylaşım edib.

    Qeyd edək ki, Muxtar Babayev, həmçinin BƏƏ-nin Dubay şəhərində keçirilən "Dayanıqlı maliyyələşmənin təşviqi vasitəsilə iqlim fəaliyyəti" mövzusu ilə bağlı panel müzakirədə də iştirak edib.

    Dünya Hökumətlər Sammiti çərçivəsində keçirilən müzakirədə BƏƏ Mərkəzi Bankının rəhbəri Xalid Məhəmməd Balama, BƏƏ-nin maliyyə naziri Məhəmməd bin Hadi Əl Hüseyni, Beynəlxalq Valyuta Fondunun (IMF) idarəedici direktoru Kristalina Georgieva, Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya Departamentin rəhbəri Cihad Azur iştirak ediblər.

    Tarix : 12-02-2024, 15:21 | Oxunub: 237