• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan və AYİB COP29 və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərini müzakirə etdi

    23

    apr

    Azərbaycan və AYİB COP29 və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərini müzakirə etdi

    İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosla görüşüb.

    Trend xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    "Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinos ilə Azərbaycan – AYİB əməkdaşlığının gündəmində olan məsələləri nəzərdən keçirdik", nazir bildirib.

    O vurğulayıb ki, görüşdə AYİB-in 2024-2029-cu illər üzrə Azərbaycana dair Ölkə Strategiyasının ilkin layihəsi; yaşıl iqtisadiyyata intensiv dəstək, COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərinin tətbiqi; birgə həyata keçirilən layihələrin perspektivləri gündəmdə olub.

    Tarix : 23-04-2024, 19:51 | Oxunub: 36