• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

    26

    apr

    Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

    Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüb.

    Ekologiya.az xəbər verir ki, bu barədə COP29-un "X" səhifəsində paylaşım edilib.

    Görüşdə “15-ci Petersberq İqlim Dialoqu”nun təşkilatçısı kimi Almaniya tərəfinə minnətdarlıq ifadə edilib. Bildirilib ki, dialoq bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) istiqamətində həlledici addımdır.

    Tarix : 26-04-2024, 09:39 | Oxunub: 1 409