• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkdi - FOTO

    27

    apr

    Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkdi - FOTO

    Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar aprelin 27-də Baş Prokurorluq, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, həmçinin prokurorluğun veteranları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçiriblər.


    Baş Prokurorluqdan Ekologiya.az-a verilən məlumata görə, tədbir çərçivəsində ümumilikdə 2 hektar ərazidə 1500-dən çox ağac əkilib.

    Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla səmimi söhbət edib.


    Tarix : 27-04-2024, 18:30 | Oxunub: 105