• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan-Aİ "yaşıl" dəhlizi daha geniş regionda bərpa olunan enerji mənbələrinin inkişafına imkan yaradır - Levan Davitaşvili

    02

    may

    Azərbaycan-Aİ "yaşıl" dəhlizi daha geniş regionda bərpa olunan enerji mənbələrinin inkişafına imkan yaradır - Levan Davitaşvili

    Azərbaycan-Avropa İttifaqı (Aİ) "yaşıl" dəhlizi daha geniş regionda bərpa olunan enerji mənbələrinin inkişafına imkan yaradır.

    Trend xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində "Bağlantıların gücləndirilməsi: Avropa Əlaqələri Dəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı) (Avro-Asiya Bağlantısının Yenidən Formalaşdırılması)" mövzusunda panel müzakirəsində çıxışında deyib.

    İqtisadiyyat naziri həmçinin, Gürcüstanın enerji bağlantıları nöqteyi-nəzərindən əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Qara dənizin dibi ilə sualtı kabelin çəkilişi layihəsi daha iddialıdır və regional bağlantıları möhkəmləndirəcək.

    "Bu flaqman layihənin həm Avropa, həm də Qafqaz üçün əhəmiyyətini nə qədər qiymətləndirsək azdır - o, təkcə tədarük marşrutlarının şaxələndirilməsinə və tədarük risklərinin azalmasına xidmət etmir, həm də Gürcüstanda və daha geniş regionda bərpa olunan enerji mənbələrinin inkişfına köməklik üçün böyük potensiala malikdir", - o deyib.

    Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

    İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

    İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

    (Tərcümə: Rəna Əbdürəhmanova)

    Tarix : 2-05-2024, 18:45 | Oxunub: 84