• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gürcüstan Qara dənizin dibi ilə sualtı kabel layihəsi üzrə AİB-in əməkdaşlığına ümid inkişafına imkan yaradır - Levan Davitaşvili

    02

    may

    Gürcüstan Qara dənizin dibi ilə sualtı kabel layihəsi üzrə AİB-in əməkdaşlığına ümid inkişafına imkan yaradır - Levan Davitaşvili

    Gürcüstan Azərbaycandan Avropaya yaşıl enerji nəqlini nəzərdə tutan Qara dənizin dibi ilə sualtı kabel layihəsi üzrə Asiya İnkişaf Bankının (AİB) əməkdaşlığına ümid edir.

    Trend xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutsişvili Tbilisidə AİB-in illik toplantısı çərçivəsində Bankın Rəhbərlər Şurasının işgüzar sessiyasında çıxışında deyib.

    Nazir öz çıxışında AİB-in region ölkələrinə yardım prosesindəki rolundan bəhs edib və bu gün qlobal çətinlikləri nəzərə aldıqda AİB-in dəstəyinin region ölkələrində islahatların icrasında xüsusən vaicb olduğunu qeyd edib.

    Xutsişvili həm AİB-in, həm də inkişaf üzrə digər tərəfdaşların əsas prinsiplərinin çeviklik və müxtəlif çağırışlara cavab olaraq qətiyyətli tədbirlər olduğunu qeyd edib.

    Onun sözlərinə görə, Gürcüstan dövlət və özəl sektorlarda iqtisadiyyatı bərpa etməklə dayanıqlı inkişaf siyasətinə sadiqliyini sübuta yetirib.

    L.Xutsişvilinin sözlərinə görə, qlobal miqyaslı problemlərə baxmayaraq, iki il ərzində ölkədə ikirəqəmli iqtisadi artım müşahidə olunub.

    O, Gürcüstanın güclü iqtisadi və maliyyə parametrlərinin uzunmüddətli strateji planlaşdırma üçün möhkəm təməl təşki etdiyini bildirib.

    "Gürcüstan AİB ilə uğurlu əməkdaşlığı davam etdirir, bu əməkdaşlığın portfeli 4,5 milyard ABŞ dolları dəyərindədir. AİB ilə gələcək əməkdaşlığın enerji təhlükəsizliyi və müstəqillik, ekoloji cəhətdən təmiz və bərpa olunan istehsal, eləcə də bağlantı, elektrik enerjisinin ötürülməsi, o cümlədən Qara dənizin dibi ilə sualtı kabel layihəsi, avtomagistral və rəqəmsal infrastruktur kimi Gürcüstan üçün prioritet sahələrdə həyata keçiriləcəyinə ümid edirik. Bu gün hamımıza güclü regional sinerji və inkişafa yönəlmiş tərəfdaşların dəstəyi lazımdır. Hər birinizə böhrandan çıxış prosesində böyük uğurlar arzulayıram", - nazir deyib.

    Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

    İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

    İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

    (Tərcümə: Rəna Əbdürəhmanova)

    Tarix : 2-05-2024, 19:27 | Oxunub: 66