• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Alessandra Rokasalvo: Azərbaycanın böyük yaşıl enerji potensialı var

    17

    may

    Alessandra Rokasalvo: Azərbaycanın böyük yaşıl enerji potensialı var

    Azərbaycanın neft kapitalını insan kapitalına çevirməsi strategiyası uğurludur. Neft və qaz gəlirləri bir çox beynəlxalq əhəmiyyətli layihələr, eləcə də yaşıl iqtisadiyyata keçid üçün Azərbaycanın siyasətinə təkan verir.


    Ekologiya.az xəbər verir ki, bu sözləri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı təmsilçisi Alessandra Rokasalvo Bakıda keçirilən “Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu”nda deyib.


    Alessandra Rokasalvo bildirib ki, Azərbaycanın yaşıl enerji sahəsində də beynəlxalq layihələri var: “Azərbaycan gələcəkdə Avropaya nəinki neft və qaz, eləcə də yaşıl enerji də ixrac edəcək. Bunun üçün Azərbaycanın böyük potensialı var”.


    O bildirib ki, ekologiya və iqlim dəyişikliyi ilə əlaqədar həyata keçirilən tədbirlər üçün maliyyə mənbələri lazımdır. “BMT-nin “Yaşıl İqlim Fondu” bu sahədə real xarakter daşıyan layihələrə dəstək göstərir.


    Son günlər iqlim dəyişikliyi Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirliklərində özünü daha qabarıq formada göstərdi. Təkcə Pakistanda 13 milyon əhali zərər çəkdi, insanların evləri ilə yanaşı əkin sahələri də dağıldı. İlim dəyişikliyi sərhəd tanımadığı üçün Pakistanda baş verənlərə də biganə qalmaq olmaz.


    İqlim dəyişikliyinin, qlobal istiləşmənin qarşısı yalnız kollektiv formada birgə səylərlə alınmalıdır. Bunun üçün biznes subyektləri də fəal olmalı, yaşıl enerji sahəsinə sərmayə yatırmalıdırlar”, - deyə o bildirib.

    Tarix : 17-05-2024, 19:41 | Oxunub: 1 602