• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • "Yağış, dolu, qar..." - Azərbaycanda bu tarixdən hava KƏSKİN DƏYİŞİR

    30

    may

    "Yağış, dolu, qar..." - Azərbaycanda bu tarixdən hava KƏSKİN DƏYİŞİR

    Bakıda və Abşeron yarımadasında iyunun 1-i gündüzdən 2-si günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə Ekologiya.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, dağlıq və dağətəyi rayonlarda mayın 31-i gündüzdən iyunun 1-i axşamadək, 2-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    İyunun 1-i səhərdən 2-si gündüzədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

    Tarix : 30-05-2024, 18:35 | Oxunub: 8 888