• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Mikayıl Cabbarov və Rövşən Nəcəf Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüblər

    04

    iyn

    Mikayıl Cabbarov və Rövşən Nəcəf Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüblər

    İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüblər.

    İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə ölkəmizdə enerji səmərəliliyinin, bərpaolunan enerji mənbələrinin artırılması, ənənəvi yanacaq növlərindən istifadənin azaldılmasına diqqət yetirilməsi və digər nəticələr baxımından qazanılan uğurlar diqqətə çatdırılıb.

    Tərəflər Azərbaycanın alternativ enerji resurslarından istifadənin intensivləşdirilməsi işində fəal iştirakı, COP29 tədbirindən gözləntilər və iqlim dəyişikliyini tənzimləyən proqramların maliyyələşdirilməsi mexanizmləri barədə fikir mübadiləsi aparıblar.


    Tarix : 4-06-2024, 11:20 | Oxunub: 1 536