“Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi və Bakı Avropa Liseyi tərəfindən keçirilən ekoloji aksiyanın məqsədi Beynəlxalq Qırmızı Kitaba (kritik təhlükə altında olan), eləcə də Qara Kitaba (tamamilə nəsli kəsilmiş) düşmüş fauna nümayəndələri haqqında ictimaiyyətə məlumat verilməsidir. Həmçinin Azərbaycanda və dünyada biomüxtəlifliyin qorunmasına töhfə verməkdir.
Bu fikri AZƏRTAC-a Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova söyləyib. O qeyd edib ki, fləşmobda şagirdlər tərəfindən yüksək poliqonal texnikasında düzəldilən fauna nümayəndələri nümayiş etdirilib. Sərgidə təqdim olunan heyvanların bir neçəsinin artıq rəsmən nəsli kəsildiyi elan edilib. Çoxu isə yox olmaq ərəfəsindədir.
Biomüxtəliflik qlobal sərvətdir və indiki, eləcə də gələcək nəsillər üçün böyük dəyər daşıyır.