• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Nazir müavini: COP29-a ev sahibliyinin Azərbaycana həvalə olunması beynəlxalq dəyərin bariz nümunəsidir

    11

    iyn

    Nazir müavini: COP29-a ev sahibliyinin Azərbaycana həvalə olunması beynəlxalq dəyərin bariz nümunəsidir

    COP29-a ev sahibliyinin Azərbaycana həvalə olunması ölkəmizə beynəlxalq səviyyədə verilən dəyərin bariz nümunəsidir.

    Ekologiya.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.

    Onun sözlərinə görə, Azərbaycan COP29-a sədrliyi çərçivəsində qlobal həmrəyliyin gücləndirilməsi barədə beynəlxalq təşkilatlar və müxtəlif ölkələrlə sıx danışıqlar aparmaqdadır.

    "Biz COP-la bağlı BƏƏ və Braziliya ilə də sıx əməkdaşlıq edirik", - nazir müavini qeyd edib.

    O vurğulayıb ki, 2030-cu ilə qədər Azərbaycan atmosfer havasındakı zərərli qazların minimuma endirilməsi üçün qarşısına konkret məqsədlər qoyub. Eyni zamanda, 2030-cu ilə qədər həm işğaldan azad olunmuş ərazilər, həm də ölkənin digər yerlərində minlərlə hektar meşə sahələrinin bərpası nəzərdə tutulur.

    "Azərbaycan meşə landşaftının bərpasını nəzərdə tutan beynəlxalq Bonn Çağırışına qoşularaq, 2030-cu ilədək 170 min hektar meşə ərazisini bərpa etməyi hədəf götürüb. Hazırda meşə ərazilərinin genişləndirilməsi üçün kütləvi şəkildə meşə əkinləri həyata keçirilir", - R.Hacıyev əlavə edib.

    Tarix : 11-06-2024, 13:37 | Oxunub: 1 872