• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Rauf Hacıyev: Azərbaycan 2030-cu ilədək 170 min hektar meşə ərazisini bərpa etməyi hədəf götürüb

    11

    iyn

    Rauf Hacıyev: Azərbaycan 2030-cu ilədək 170 min hektar meşə ərazisini bərpa etməyi hədəf götürüb

    Azərbaycan meşə landşaftının bərpasını nəzərdə tutan beynəlxalq Bonn Çağırışına qoşularaq, 2030-cu ilədək 170 min hektar meşə ərazisini bərpa etməyi hədəf götürüb. Hazırda meşə ərazilərinin genişləndirilməsi üçün kütləvi şəkildə meşə əkinləri həyata keçirilir.


    Ekologiya.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda “Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu”nda çıxış edərkən deyib.


    Nazir müavini bildirib ki, hədəf yaxın 2 ildə meşə ilə örtülü sahələrin ölkə ərazisinə nisbətdə 12 faizdən 12,3 faizə çatdırmaqdır.

    Tarix : 11-06-2024, 15:26 | Oxunub: 3 152