• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 36 kq işlənmiş batareya təhvil alınıb

    13

    iyn

    “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 36 kq işlənmiş batareya təhvil alınıb

    ”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Araz” supermarketlər şəbəkəsinin Olimpik, Space  və Statistika filiallarından ümumilikdə 36 kq işlənmiş batareya toplanaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilib. 
    Qeyd edək ki, istifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib.
    Layihəyə dəstək verən bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edirik.

    Ekologiya.az

    Tarix : 13-06-2024, 15:26 | Oxunub: 1 904