• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ÜST nümayəndəsi: COP29 qlobal qərarların qəbulu baxımından mühüm hadisədir

    20

    iyn

    ÜST nümayəndəsi: COP29 qlobal qərarların qəbulu baxımından mühüm hadisədir

    BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal qərarların qəbulu baxımından mühüm hadisədir.

    “Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə panel müzakirəsi zamanı deyib.

    Onun sözlərinə görə, iqlim dəyişikliyi problemlərinin həlli böyük məsuliyyət tələb edir: “Hazırda daha bir çoxtərəfli qərar qəbul etmə prosesinə - COP29-a hazırlaşırıq. Söhbət, şübhəsiz ki, ekzistensial problemdən - iqlim dəyişikliyindən gedir. Amma bu dəfə qaçmağa və qapıları bağlamağa yerimiz yoxdur. Gedib yenidən başlaya biləcəyimiz başqa planet yoxdur”.

    Tarix : 20-06-2024, 20:41 | Oxunub: 2 432