Xidmət rəisi: meşə yanğınlarının çox təhlükəli olması və əksər hallarda ağır fəsadlarla nəticələnməsi hər bir vətəndaşın daim diqqətində olmalıdır
"Meşə yanğınlarının çox təhlükəli olması və əksər hallarda ağır fəsadlarla nəticələnməsi hər bir vətəndaşın daim diqqətində olmalıdır" deyə
Xidmət rəisi bildirib.
Havaların istiləşməsi meşə və digər yaşıllıq ərazilərdə yanğının baş vermə ehtimalını artırır. Buna uyğun olaraq respublikanın meşə fondu ərazilərində tərəfimizdən qabaqlayıcı profilaktik tədbirlər görülməkdədir.
Belə ki, meşə ilə həmsərhəd ərazilərdə yanğın əleyhinə mineral zolaqlar çəkilir, nəzarət postlarının və müşahidə qüllələrinin sayı artırılır.