Ekologiya.az-ın xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, son illərdə ölkənin meşə ərazilərində, xüsusən də şimal-qərb bölgəsində əsasən "qəhvəyi mərmər bağacığı" deyilən zərərverici yayılıb və onların sağlam ağaclara zərər verməsi müşahidə olunur.
"Bu səbəbdən bütün regionlar üzrə meşə sahələrində həm qabaqlayıcı tədbirlər görülür, həm də həşəratların yayıldığı ərazilər mexaniki vasitələrlə lokalllaşdlrılır. Meşələrin zərərvericilərdən qorunması istiqamətində müayinə və müşahidə işləri davam etdirilir."