• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Naxçıvanda Ekologiya və Təbii Sərvətlər Nazirliyində qulluq keçən dövlət qulluqçularına təlimlər keçirilib

    07

    avq

    Naxçıvanda Ekologiya və Təbii Sərvətlər Nazirliyində qulluq keçən dövlət qulluqçularına təlimlər keçirilib

    Naxçıvanda dövlət qulluqçularına təlimlər keçirilib
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qulluq keçən dövlət qulluqçularına təlimlər keçirilib.
    4 gün müddətində davam edən təlimlər zamanı “Dövlət qulluğu vəzifələrinin idarə edilməsi”, “İnsan resurslarının planlaşdırılması”, “Vaxtın idarə olunması”, “İqlim dəyişikliyinin təsirləri və iqlim fəaliyyətləri”, “Hidrometeoroloji müşahidələrin təşkili”, “Meşə təsərrüfatının davamlı inkişafının idarə edilmə siyasəti”, “Bioloji müxtəlifliyin qorunması siyasəti”,  “Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması”, “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan xətalar”, “Ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericilik aktları” mövzularında əməkdaşlara məlumatlar verilib, onların sualları cavablandırılıb.
    Qeyd edək ki, təlimlər ilin sonunadək mütəmadi olaraq təşkil ediləcək. ÜEkologiya.az

    Tarix : 7-08-2024, 15:10 | Oxunub: 2 840