• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bölgələrdə əhaliyə ətraf mühitin mühafizəsi ilə bağlı təlim keçirib/FOTO

    15

    dek

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bölgələrdə əhaliyə ətraf mühitin mühafizəsi ilə bağlı təlim keçirib/FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən bölgələrdə əhaliyə ətraf mühitin mühafizəsi sahəsində göstərilən elektron xidmətlərlə bağlı təlim keçirilib. 

    Ekologiya.az bildirir  ki, Şirvan şəhər Gənclər Mərkəzində keçirilən tədbirdə 100-ə yaxın yerli sakinə Nazirlik tərəfindən göstərilən elektron xidmətlər, o cümlədən Rəqəmsal Ekologiya Vahid İnformasiya sistemi barədə məlumat verilib. 

    Keçirilən təlimlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılmasına xidmət edir.

    Təlimlərin ölkəmizin digər bölgələrində də təşkili nəzərdə tutulub.


    Tarix : 15-12-2023, 19:14 | Oxunub: 2 972