Bu gün Bakı Qlobal İqlim Şəffaflığı Platformasını istifadəyə verəcəyik. Bu platformanı açmaqdan çox məmnunuq.

"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da deyib.

Onun sözlərinə görə, bu platforma qarşılıqlı olaraq inam və etimadın inşası üçün hazırlanıb: "Təbii ki, inkişaf etmiş şəffaflıq gündəmi tərəflər konfransı ilə məhdudlaşmır".

Baş danışıqçı qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı şəffaflığa böyük önəm verir: "Bizim İqlim şəffaflığı müddətində ən mühüm işlərimizdən biri bu platformanın istifadəyə verilməsidir".