• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 20 oktyabrda atmosfer havasının keyfiyyəti necə olub?

    21

    okt

    20 oktyabrda atmosfer havasının keyfiyyəti necə olub?

    Ekologiya.az xəbər verir ki,  Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

    Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.3, Sumqayıt şəhərində isə azot-4 oksid 1.2 dəfə yüksək müəyyən edilib.

    Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb  nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.

    Tarix : 21-10-2023, 10:06 | Oxunub: 2 081