• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 26 oktyabrda atmosfer havasının keyfiyyəti necə olub?

    26

    okt

    26 oktyabrda atmosfer havasının keyfiyyəti necə olub?

    Ekologiya.az xəbər verir ki, Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

    Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.3, azot-4 oksid 1.1,  Sumqayıt şəhərində dəm qazı 1.2 dəfə normadan yüksək müəyyən edilib.

    Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb  nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

    Tarix : 26-10-2023, 17:03 | Oxunub: 1 990