• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İtaliyanın Baş naziri COP29-da iştirak edəcək

    11

    okt

    İtaliyanın Baş naziri COP29-da iştirak edəcək

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İtaliya nümayəndə heyətinə ölkə hökumətinin başçısı Corcia Meloni rəhbərlik edəcək.

    Bunu "Report"a açıqlamasında COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində bildirib.

    “İtaliyanı COP29-da ölkənin Baş naziri Corcia Meloni təmsil edəcək. Nümayəndə heyətinin tərkibində ölkənin ətraf mühit naziri Cilberto Piketto Fratin də olacaq”, - o qeyd edib.

    Tarix : 11-10-2024, 12:50 | Oxunub: 1 472