• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Tovuzda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

    26

    noy

    Tovuzda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı, Tovuz şəhəri 6 saylı körpələr evi-uşaq bağçasının müəllim və şagirdlərinin iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib. 

    Ekologiya.az bildirir ki, aksiya zamanı Tovuz - Bakı avtomobil yolunun Tovuz rayonu Aşağı Quşçu kəndinin inzibati ərazisindən keçən hissəsində palıd tingləri əkilib, aksiya iştirakçılarına ətraf mühitin mühafizəsi, yaşıllıqların əhəmiyyəti barədə geniş məlumat verilib.



    Tarix : 26-11-2024, 22:16 | Oxunub: 1 776