• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sumqayıtda növbəti dəfə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

    09

    dek

    Sumqayıtda növbəti dəfə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

    Dekabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
    Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsi 76 ünvanında yerləşən Araz superstore qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər. 
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tədbir  zamanı hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq. 
    Ekologiya.az

    Tarix : 9-12-2024, 16:20 | Oxunub: 1 448