• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bəsitçay Dövlət Təbiət Qoruğunda bioloji komponentlərin inventarizasiyası işlərinə başlanılıb

    10

    dek

    Bəsitçay Dövlət Təbiət Qoruğunda bioloji komponentlərin inventarizasiyası işlərinə başlanılıb

    Bəsitçay Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilər əhatə olunmaqla Bəsitçay Milli Parkının yaradılması imkanlarının araşdırılması məqsədilə Elm və Təhsil Nazirliyinin aidiyyəti institutlarının iştirakı ilə Bəsitçay Dövlət Təbiət Qoruğu ərazisində monitorinqlər aparılıb və bioloji komponentlərin inventarizasiyası işlərinə başlanılıb.


    Ekologiya.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.


    Onun sözlərinə görə, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Kəlbəcər rayonları ərazisində məsafədən zondlama üsulu ilə meşə sahələrinə baxış keçirilib və həmin meşələrin taksasiya elementləri (ağac növləri, sayı, yaş qrupu) öyrənilməklə plan-kartoqrafik materialları tərtib olunub. Hazırda Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi dinamikasına uyğun olaraq, Cəbrayıl rayonu ərazisində 72 hektar, Zəngilan rayonu ərazisində 77 hektar, Qubadlı rayonu ərazisində 35 hektar və Füzuli rayonu ərazisində 2 hektar meşə fondu sahəsində meşəbərpa layihələri həyata keçirilib.

    Tarix : 10-12-2024, 18:55 | Oxunub: 4 440